"Zirə"ni "Qarabağ" qarşısında GÖZLƏYƏN PROBLEMLƏR

20 Oktyabr 2020 09:28 Zirə 544
"Zirə"ni "Qarabağ" qarşısında GÖZLƏYƏN PROBLEMLƏR

«Zirə» Premyer Liqanın ilk dövrəsinin son turunda «Qarabağ»la qarşılaşacaq.

Qəsəbə təmsilçisi son ölkə çempionunu oktyabrın 25-də, öz meydanında qəbul edəcək.

6 turdan sonra 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan «qartallar» güclü rəqib önünə ciddi itkilərlə çıxacaq. Sumqayıtdakı matçda 2 penaltiyə səbəb olan və sarı vərəqə alaraq fasilədə əvəzlənən Şəhriyar Rəhimov cəzalı duruma düşüb.

Onu əvəzləyən Kərim Diniyev 90+5-ci dəqiqədə qırmızı vərəqə aldığından, avtomatik olaraq növbəti turda meydana çıxmaq haqqını itirib.

Həmçinin Davit Volkov, İlkin Muradov və Tural Bayramlı zədədən əziyyət çəkir. Xeyli müddətdir sıradan çıxan Lazar Corceviçin də bu oyuna yetişməyəcəyi dəqiqdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!