"Zirə"ni 250-yə gürcü çatdırdı - FOTO

19 Oktyabr 2020 20:30 Zirə 495
"Zirə"ni 250-yə gürcü çatdırdı - FOTO

“Sumqayıt”la Azərbaycan Premyer Liqasının 6-cı turunun səfər matçında (1:2) vurulan qol “Zirə”nin tarixinə düşüb.

Sportinfo.az Bakı klubunun "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, bu top klubun bütün turnirlərdə vurduğu ümumilikdə 250-ci qoldur.

Sumqayıtdakı görüşədək 249 dəfə rəqib qapısına yol tapan “qartallar”ın yubiley qoluna Davit Volkov imza atıb. Bu, “Zirə”nin ümumilikdə 197-ci oyununda gerçəkləşib. Komandanın orta məhsuldarlığı 1,27-yə bərabərdir.

250 qoldan 167-si Premyer Liqada, 55-i I divizionda, 23-ü Azərbaycan kubokunda, 5-i Avropa Liqasında qeydə alınıb. "Zirə” evdə 137, səfərdə 113 dəfə fərqlənib.

Xəbər Lenti