Rəşad Sadıqov tapşırdı – Sumqayıta görə sağ olun, Qarabağı fikirləşin

19 Oktyabr 2020 16:00 Zirə 812
Rəşad Sadıqov tapşırdı – Sumqayıta görə sağ olun, Qarabağı fikirləşin

«Zirə»nin baş məşqisi Rəşad Sadııqov «Sumqayıt»la matçdan sonra maraqlı addım atıb.

Komandasıının 1:2 hesablı məğlubiyətinə baxmayaraq, gənc çalışdırıcı paltardəyişmə otağında futbolçularına təşəkkürünü bildirib.

O, yaxşı oynadıqlarını, xüsusən ikinci hissədə bir xeyli qol vəziyyəti yaratdıqlarını bildirib və üzülməməyi tapşırıb.

Kollektiv üzvlərinə «çox sağ olun ki, belə mübarizə apardız, biz irəlidə daha güclü olacağıq» deyən Sadıqov artıq «Qarabağ» barədə düşünmək lazım gəldiyini söyləyib.

39 yaşlı mütəxəssis Premyer Liqanın sonuncu turunda qələbə qazanmağın vacibliyini xatırladıb, qeyd edib ki, artıq «Zirə»nin tarixində yeni səhifə açmağın vaxtıdır.

SPORTİNFO.AZ

Xəbər Lenti