Rəşad Sadıqov: "Meydanda görmək istədiklərimi gördüm"

18 Oktyabr 2020 18:20 Zirə 637
Rəşad Sadıqov: "Meydanda görmək istədiklərimi gördüm"

"Dövlətimizi, ordumuzu cəbhədəki qələbələr münasibətilə təbrik edirəm. Gəncədə və cəbhədə həyatını itirənlərin ailələrinə başsağlğı verirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandasının oyunundan razılıq ifadə edib: "İkinci hissə komandamın üstünlüyü ilə keçdi. Meydanda görmək istədiklərimi gördüm. İmkanlarımızdan yararlana bilmədik, uzaqdan qol hər şeyi həll etdi".

Sadıqov Ağabala Ramazanovun meydanda az olmasının səbəbini də açıqlayıb: "Ağabala aparıcı oyunçularımızdandır. Amma uzunmüddətli zədədən yeni qayıdıb. Həkimlərlə məsləhətləşdikdən sonra 25 dəqiqə meydanda olmasını uyğun saydıq. Çıxışı bizi qane etdi".

Digər Xəbərlər
Xəbər Lenti