Rəşad Sadıqov 2 futbolçusuna barmaq silkələdi

14 Oktyabr 2020 10:52 Zirə 1 765
Rəşad Sadıqov 2 futbolçusuna barmaq silkələdi

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov 2 futbolçuya xəbərdarlıq edib.

Gənc mütəxəssis son turlarda istənilən oyunu sərgiləməyən Ruslan Qurbanovla Tural Bayramlıya öz narazılığını bildirib.

«Pro» kateqoriyalı çalışdırıcı onları bütün fikrini futbola verməməkdə, məşqlərə həvəssiz yanaşmaqda, nəticədə rəqabəti davam gətirməməkdə qınayıb.

Sadıqov hər iki oyunçunun nəzərinə çatdırıb ki, onlardan çox şey gözləyir və əgər ümidləri doğrultmasalar, qış fasiləsində komandadan ayrılmalarını istəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!