"Zirə" 1300 manatını aldı, gözünü "Sumqayıt"a dikdi

13 Oktyabr 2020 09:28 Zirə 898
"Zirə" 1300 manatını aldı, gözünü "Sumqayıt"a dikdi

Premyer Liqanın 6-cı turunda «Sumqayıt»la qarşılıaşacaq «Zirə»də ab-hava qaydasındadır.

Klubdan verilən məlumata görə, futbolçular ötən oyunun mükafatını alıblar.

Söhbət «Neftçi» üzərində qazanılan 1:0 hesablı qələbədən gedir. Vadit Volkolvun 90+5-ci dəqiqədə vurduğu qolla meydandan qalib ayrılan komanda üzvləri nə 2000, nə də 1500 manat alıb. Mükafatın məbləği adambaşı 1300 manat təşkil edib.

Qəsəbə təmsilçisi oktyabrın 18-də keçiriləcək qarşılaşmada «kimyaçılar»ı üstələsə, yenə hardasa elə bu qədər irəli düşəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!