Sadıqov Rəhimovdan narazı qaldı, "Zirə" 280 min xərc çəkdi

7 Oktyabr 2020 09:28 Zirə 944
Sadıqov Rəhimovdan narazı qaldı, "Zirə" 280 min xərc çəkdi

Premyer Liqanın yeni mövsümünə uğurlu start verən «Zirə» transfer bazarını boş keçirmir.

Qəsəbə klubu son olaraq «Qəbələ»dən Qismət Alıyevi rənglərinə bağladı.

Əyalət təmsilçisi yetirməsini «qartallar»ın düşərgəsinə göndərməsindən 80-100 min manat civarında pul qazandı. Elə 1996-cı il təvəllüdlü yarımmüdafiəçi də yeni komandasında az qazanmayacaq. «Zirə» 2 illik müqavilə qarşılığında ona 180 min manat ödəyəcək.

Rəşad Sadıqovu gənc futbolçunu hələ yayın əvvəlində bura gətirmək istəyirdi. Onda «Neftçi» də Qismətin arxasınca düşmüşdü. O, həmin vaxt gözlənilməz qərar verdi, əksər komanda yoldaşlarından fərqli olaraq, «Qəbələ»də qalmağı üstün tutdu.

Vəziyyət elə gətirdi ki, «qırmızı-qaralar» Alıyevin maddi şərtlərini yerinə yetirməyə çətinlik çəkməyə başladı, bu da Rəşad Sadıqovun Şəhriyar Rəhimvun çıxışından kəskin narazı olduğu dönəmə təsadüf etdi.

Amma Sadıqov təsadüfi tuşa çevirmədi, zamanı qiymətləndirdi. Qara qəpiyin hesabını aparan «Zirə»nin əlavə 280 min manat xərcə düşməsinə rəğmən…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"