"Zirə": "Neftçi"ni udduqsa, 1500 də bizə bəs edər

6 Oktyabr 2020 16:42 Zirə 1 083
"Zirə": "Neftçi"ni udduqsa, 1500 də bizə bəs edər

«Zirə» rəhbərliyi Premyer Liqada liderliyə yüksələn komandanı mükafatlandırıb.

Sportinfo.az-ın məlumatına görə, «Neftçi» üzərində qələbə münasibətilə hər futbolçuya 1500 manat verilib.

5 turdan sonra qəsəbə təmsilçisinin hesabında 10 xal var. «Qartallar» axırıncı turda «ağ-qaralar»ı 1:0 hesablı məğlubiyyətə uğpradıb.

Əslində, mükafatın məbləği 2000 manat olaraq planlaşdırılmışdı. Sadəcə, qələbəni sırf təsadüf nəticəsində, rəqibin serbiyalı müdafiəçisi Vojislav Stankoviçin kobud səhvi nəticəsində qazandıqlarını başa düşən futbolçular əlavə pulu istəməyib.

Digər Xəbərlər
Xəbər Lenti