"Qəbələ"nin yetirməsi "Zirə"yə QİSMƏT OLDU

5 Oktyabr 2020 15:04 Zirə 513
"Qəbələ"nin yetirməsi "Zirə"yə QİSMƏT OLDU

"Qəbələ"nin futbolçusu Qismət Alıyevin "Zirə"yə keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin saytı məlumat yayıb.

"Qırmızı-qaralar" 24 yaşlı yarımmüdafiəçiyə komandada keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

"Zirə"nin rəsmi "facebook" səhifəsi oyunçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Qismət Alıyev 2010-cu ildən bu komandanın formasını geyinirdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!