Rəşad Sadıqov "Neftçi" rəsmisinə acqlandı: "Kimə deyirsən? Ağıllı olun"

3 Oktyabr 2020 21:44 Zirə 1 479
Rəşad Sadıqov "Neftçi" rəsmisinə acqlandı: "Kimə deyirsən? Ağıllı olun"

Sportinfo.az xəbər verir ki, "Zirə" - "Neftçi" görüşündə maraqlı hadisə yaşanıb.

Matçın 37-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Hacıağa Hacılı yerdə qaldığı an "Neftçi"nin tərcüməçisi Vüqar Əliyeıvin ona "qalx ayağa" deməsi Rəşad Sadıqovun xoşuna gəlməyib.

Oyunçusunun arxasında dayanan baş məşqçi üzünü həmin şəxsə tutaraq, " Kimə deyirsən, qalx ayağa? Ağıllı olun!" şəklində irad bildirməsinə qarşı tərəf susmaqla cavab verib.

Matçdan sonra V.Əliyev R.Sadıqovun qarşısında aciz görkəm alıb və üzrxahlığını dilə gətirib. Ev sahiblərinin çalışdırıcısı ona bir elə əhəmiyyət verməyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!