Rəşad Sadıqov "Qarabağ" VİDEOsu paylaşdı, Qarabağdan "28 illik həsrət bitir” yazdı

2 Oktyabr 2020 21:40 Zirə 1 447
Rəşad Sadıqov "Qarabağ" VİDEOsu paylaşdı, Qarabağdan "28 illik həsrət bitir” yazdı

Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycan əsgərlərinin sərgilədiyi şücaətə və “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Legiya” üzərindəki qələbəsinə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, gənc çalışdırıcı bununla bağlı sosial şəbəkədə paylaşımlar edərək, dəstəyini göstərib.

Uzun illər formasını geyindiyi Ağdam klubunun Polşadakı 3:0 hesablı qalibiyyətini əks etdirən videonu paylaşan Sadıqov “Qarabağ Azərbaycandır”, “Yaşasın Azərbaycan əsgəri” və “Xocavənd – 28 illik həsrət bitir” sözlərini yazıb.

Rəşad Sadıqov bu ilin yayında “Qarabağ”ın futbolçusu kimi karyerasını başa vuraraq, “Zirə”nin baş məşqçisi təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!