"Tottenhem"lə oyun kapitanın "Zirə"yə "yolunu bağladı"

2 Oktyabr 2020 09:28 Zirə 1 212
"Tottenhem"lə oyun kapitanın "Zirə"yə "yolunu bağladı"

«Şkendiya» Valen Ahmedi ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaqdan imtina edib.

Bu üzdən yarımmüdafiəçinin «Zirə»yə keçidi son anda reallaşmayıb.

Klubdan redaksiyamıza daxil olan məlumata görə, Albaniya təmsilçisi kapitanı ilə yollarını ayırmağa öncə razılaşsa da, axır məqamda fikrini dəyişib.

Bu da onun Avropa Liqasının III təsnifat mərhələsində sərgilədiyi oyunla əlaqədardır. Qitəmiqyaslı yarışa «Sumqayıt»la başlayan (2:0) «Şkendiya» daha sonra Rumıniyadan «Botaşani» (1:0) və İngiltərədən «Tottenhem»lə (1:3) üz-üzə gəlib.

Məhz sonuncularla görüşdə gözəl təsir bağışlayan yarımmüdafiəçini klub rəhbərliyi saxlamaq qərarına gəlib. Məqsəd onu qışda yüksək qiymətə Avropaya çatmaqdır. Çünki «Tottenhem»lə matçın ardınca Ahmediyə maraq göstərənlərin sayı çoxalıb.

Halbuki Zirənin eyniadlı klubu sözügedən yarımmüdafiəçi ilə 1+1 illik müqavilə şərtlərini razılaşdırmışdı. Onun burada hər ay nə qədər pul qazanacağı da məlum idi – 8500 dollar.

Menecerinə ödəniləcək məbləği və digər xərcləri də bura gəlsək, onun bir aya qəsəbə təmsilçisinə təqritbən 10000 dollara başa gələcəkdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti