«Zirə» Premyer Liqanın 5-ci turunda «Neftçi»ni qəbul edəcək.
Qəsəbə təmsilçisi oktyabrın 3-də keçiriləcək matça ikiqat motivasiya ilə hazırlaşır.
Hər halda bu oyundan umduqları və gözləntiləri böyükdür. İlk 4 həftədə 7 xal toplayan komandaların görüşü liderlər qrupundakı vəziyyətə nisbətən aydınlıq gətirəcək.
«Qartallar» qələbə qazanarsa, normal şərtlərin üstündə mükafat əldə edəcək: hər futbolçu 2000 manat irəli düşəcək. Bu, klubun fəxri prezidenti Orxan Məmmədovla prezident Tale Nəsibovun ortaq qərarıdır.
Adətən, «Zirə»də uduşun qarşılığı 1000 manatdır. Rəqibin «Neftçi» olması prinsipiallığı artırmaqla yanaşı, mükafatın məbləğinə də təsir göstərib.
SPORTİNFO.AZ

