Rəşad Sadıqov: "Oyundan əvvəl qərar vermişdim ki..."

26 Sentyabr 2020 22:38 Zirə 1 057
Rəşad Sadıqov: "Oyundan əvvəl qərar vermişdim ki..."

“Çox gərgin və maraqlı oyun alındı. Çempionatda əzmkar matçların şahidi oluruq”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IV turunda “Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.

İki dəfə hesabda geri düşməsinə baxmayaraq, meydandan 3:2 hesablı qalibiyyətlə ayrılan “Zirə”nin çalışdırıcısı oyunsonrası mətbuat konfransında komandasından razılıq bildirib:

“Bəlkə də son zərbələrdə dəqiq oynadığımız üçün qələbə qazandıq. Futbolçular oyun üçün darıxıblar. Düşünürəm ki, hər iki komanda yaxşı çıxış etdi".

38 yaşlı çalışdırıcı qələbə topunun müəllifi olan Davit Volkova penaltini tapşırmasına aydınlıq gətirib: "Klesio Bauk da penalti vuran futbolçulardandır. Bauk, Volkov və Ruslan Qurbanova penaltiləri həvalə edirik, məşqlərdə onlar yerinə yetirir.

Oyundan əvvəl qərar vermişdim ki, Davit vuracaq. Qərarı dəyişmək də riskli olardı. Kimisə fərqləndirmək istəmirəm. Hamı mübarizə apardı və öz işini meydanda görməyə çalışdı.

Heyətdə 14-15 oyunçu var ki, onların hamısına şərait yaradacağıq. Mənim üçün hələlik əsas və ehtiyat heyət yoxdur. Hamıya şans verməyə çalışırıq. Elə oyunçular var ki, zədədən təzə qayıdıb, elələri də var ki, pandemiyadan sonra oynamayıb. Çalışıram futbolçulara qarşı ədalətli olum".

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu