Bakı klubunun yeni prezidenti: "Mən bura elə-belə gəlməmişəm"

26 Sentyabr 2020 14:08 Zirə 1 775
Bakı klubunun yeni prezidenti: "Mən bura elə-belə gəlməmişəm"

«Zirə»də klubdaxili toplantı keçirilib.

Sportinfo.az-ın məlumatına görə, yeni prezident Tale Nəsibov qarşıya qoyulan məqsədlər barədə danışıb.

O. avrokuboklara vəsiqə qazanmaq hədəfi ilə yeni mövsümə başladıqlarını bildirib və hardasa Orxan Məmmədovun bugünlərdə mətbuata verdiyi açıqlamanı xatırladıb. Axı fəxri prezident də qitəmiqyaslı yarışlara qatılmaq niyyəti ilə yenilənməyə getdiklərini açıqlayıb.

T.Nəsibov eyni zamanda bəzi başqa fikirlərini diqqətə çatdırıb. Gənc iş adamı ondan əvvəl prezident səlahiyyətlərini yerinə yetirən Vüqar Astanov və Natiq İsmayılovun uğursuz fəaliyyətinə işarə edərək, «Mən bura elə-belə gəlməmişəm. Quru ad mənə lazım deyil. Səlahiyyətlərimi bilirəm. Bəzi mətbu orqanların haqqımda nə yazmasından və nə fikirləşməsindən asılı olmayaraq, burada qərarları mən verirəm» deyib.

Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!