"Keşlə"nin yaxşı müdafiəsi varsa, bizim də ..." - "Zirə"dən iddialı açıqlama

26 Sentyabr 2020 12:44 Zirə 1 186
"Keşlə"nin yaxşı müdafiəsi varsa, bizim də ..." -

"Komandamıza və gücümüzə inanıram"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov deyib.

O, "Keşlə" ilə oyunda qələbəyə potensiallarının olduğunu sözlərinə əlavə edib: "Keşlə" yaxşı komandadı, amma məğlubedilməz komanda yoxdur. Düzdü, hər nəticə qeydə alına bilər. Mən şəxsən düşünürəm ki, komandamızın "Keşlə" udacaq potensialı var"

Camalov rəqiblərinin ilk 3 turda qol buraxmamasına da toxunub: "Keşlə"nin yaxşı müdafiəsi varsa, bizim də yaxşı hücum xəttimiz var. Rəqibi yaxşı analiz etmişik. Çalışacağıq ki, ələ düşəcək fürsətlərdən maksimum istifadə edək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!