Alban kapitanın Azərbaycan klubu ilə müqavilə məbləği

24 Sentyabr 2020 18:06 Zirə 1 289
Alban kapitanın Azərbaycan klubu ilə müqavilə məbləği

"Şkendiya"nın kapitanı Valen Ahmedi həftəsonu Azərbaycana gələcək.

Şimali Makedoniya klubu Avropa Liqasında çıxışını davam etdirir.

"Sumqayıt"ı yarışın ilkin məirhələsindən uzaqlaşdıran "Şkendiya" II turda “Botoşani”ni Rumıniyada 1:0 hesabıyla məğlubiyyətə uğradıb.

Komanda bu gün üçüncü etapda İngiltərədən "Tottenhem"lə qarşılaşacaq və yarımmüdafiəçi məhz bu matçdan sonra yolunu ölkəmizdən salacaq. Cütülün qalibi pley-off mərhələsində "Rostov" (Rusiya) / "Makkabi" Hayfa (İsrail) duelindən uduşlu çıxan tərəflə üz-üzə gələcək.

Zirənin eyniadlı klubu sözügedən yarımmüdafiəçi ilə 1+1 illik müqavilə şərtlərini razılaşdırıb. Onun burada hər ay nə qədər pul qazanacağı məlumdur – 8500 dollar.

Menecerinə ödəniləcək məbləği və digər xərcləri də bura gəlsək, onun bir aya qəsəbə təmsilçisinə təqritbən 10000 dollara başa gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti