AFFA-nın şirkəti daha "Zirə"dən pul almağı dayandırdı

23 Sentyabr 2020 09:28 Zirə 1 467
AFFA-nın şirkəti daha "Zirə"dən pul almağı dayandırdı

AFFA «Zirə»ni aylıq ödəmədən azad edib.

Söhbət Zirə Olimpiya Kompleksinin stadionunun saxlanılması üçün nəzərdə tutulan məbləğdən gedir.

Həmin vəsaitin miqdarı 8000 manatdır. Buna kimi qəsəbə klubu hər ay federasiyaya bağlı olan «Aqrosport» şirkətinə bu qədər pul ödəyirdi.

«Qartallar»ın ümumi vəziyyətini nəzərə alan AFFA belə bir güzəştə gedib. Ffederasiya həmçinin SOCAR-ın balansında olan Neft Akademiyasının stadionunun qəsəbə klubunun istifadəsinə verilməsinə köməklik edib.

Bayılda yerləşən bazadan pulsuz olaroaq «qartallar»ın ixtiyarına keçib. Bura «Zirə»nin futbol akademiyası üçün nəzərdə tutulub.

AFFA İcraiyyə Komitəsinin ötən ay «Zirə»yə 500 min manat məbləğində maliyyə dəstəyi ayırmasını da xatırladaq.

SPORTİNFOAZ

Digər Xəbərlər
Xəbər Lenti