“Zirə”nin özünə gəlməsini demək olarmı?

17 Sentyabr 2020 21:20 Zirə 692
“Zirə”nin özünə gəlməsini demək olarmı?

“Zirə” Azərbaycan Premyer Liqasının III turunda “Sabah”la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş rəqiblər arasında Premyer Liqadakı 8-ci oyun olacaq.

İndiyədək zirəlilər 7 dəfə “Sabah”la üz-üzə gəlib. İlk dəfə 2018/19 mövsümündə qarşılaşan rəqiblər həmin çempionatda 4, 2019/20 mövsümündə 3 dəfə görüşüb.

Son dörd matçda uduzmayan “Zirə”nin hesabında 2 qələbə və 2 heç-heçə var. Bu komanda 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 9 dəfə yol tapan qəsəbə təmsilçisi eyni sayda qol buraxıb.

Öz meydanında 5-ci dəfə bu rəqibi sınağa çəkəcək “qartallar” 1 qələbə və 1 heç-heçəyə nail olub, 2 dəfə uduzub. Evdə üç top vuran “Zirə” 5 qol buraxıb.

Sentyabrın 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti