Rəşad Salıqovun yaddaşında əbədi iz buraxacaq gecədən FOTOREPORTAJ

13 Sentyabr 2020 09:00 Zirə 1 008
Rəşad Salıqovun yaddaşında əbədi iz buraxacaq gecədən FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Səbail" Bayılda "Zirə"ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 46-cı dəqiqədə Davit Volkov başla topu rəqib qapısından keçirib.

54-cü dəqiqədə "Səbail"in hücumçusu Rauf Əliyev penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini braziliyalı qapıçı Mateus Albino dəf edib.

Əvəzində "Zirə"nin forvardı Ruslan Qurbanov 67-ci dəqiqədə penaltidən fərqlənməklə hesab arasındakı fərqi artırıb. 80-ci dəqiqədə Urfan Abbasov penaltidən yararlanaraq fərqi azaldıb.

Rəşad Sadıqovun baş məşqçi olduğu "Zirə" çempionatda ilk qələbəsini qazanıb və xallarını sayını 4-ə yüksəldib. "Səbail" isə iki turda xal qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti