Rəşad Sadıqov: "Heç kim səhvdən sığortalanmayıb"

12 Sentyabr 2020 21:16 Zirə 1 367
Rəşad Sadıqov: "Heç kim səhvdən sığortalanmayıb"

"Maraqlı və gərgin oyun alındı. "Səbail" ilk turda "Neftçi" önündə əzmkar mübarizə apardı.

Bilirdik ki, sona qədər oynayacaqlar. Vacib 3 xal qazandıq. Düşünürəm ki, bunun ardını gətirəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın ll turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, komandada çatışmayan cəhətlər var: "İlk oyunla müqayisədə bu gün daha yaxşı idik. Qarşıma hansısa hədəf qoymağı sevmirəm.

Hər oyuna qələbə üçün baxırıq. Komanda olaraq düzgün addımlar atmaq istəyirik. Həmişə hər şeyin ən yaxşısını istəmişəm. Mən də Avropa Liqasına vəsiqə qazanmaq niyyətindəyəm.

Hədəflərə düzgün oyunla çatmaq fikrindəyəm. Komanda şəklində yaxşı olmalı və düzgün futbol oynamalıyıq. Qələbə hər zaman şirindir, amma baxımlı oyun olanda daha yaxşı olur.

Avropa arenasında daha yaxşı komandalar görə bilərik. İstəyirəm ki, komanda böyüsün. Çox keyfiyyətli futbolçularım var. Bizim komandada futbolumuzun gələcəyi olan oyunçular çoxdur. Oyunlarda daha inamlı və cəsurdurlar. Mən harada olursa-olsun, həmişə nəticə qazanmaq istəyirəm".

Gənc çalışdırıcının sözlərinə görə, bu gün xal itirə bilərdilər: "Heç kim səhvdən sığortalanmayıb. Komandamız sonlarda rəqibin təzyiqinə dözdü. Futbolçular soyuqqanlı oldular və düzgün davrandılar. Hər oyunda pozitiv futbol sərgiləməyə çalışacağıq".

Sadıqov hücumçu Ağabala Ramazanovun matçda iştirak etməməsinə də aydınlıq gətirib: "Ağabala iki gün öncə məşqdə zədələndi, bizim üçün gözlənilməz oldu. Futbolda zədələr var, buna hazır olmalıyıq. Ruslan Qurbanov bu gün meydanda aldığı şansdan yaxşı istifadə etdi".

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"