Azərbaycanda sabiq klub prezidentinə yeni vəzifə verildi

12 Sentyabr 2020 12:44 Zirə 1 676
Azərbaycanda sabiq klub prezidentinə yeni vəzifə verildi

AZALPFK-nın keçmiş prezidenti Fikrət Hüseynov yenidən futbol sahəsinə qayıdıb.

Sportinfo.az-ın məlumatına görə, o, «Silk Way» tərəfindən «Zirə»yə vitse-prezident təyin olunub.

Adıçəkilən şirkət qəsəbə klubunun sponsorlarından biridir və 2018-ci ilin yayından etibarən onun maliyyələşdirilməsində yaxından iştirak edir.

Gənclər və İdman Nazirliyində futbol sektorunun rəhbəri vəzifəsini tutan Hüseynovun «Zirə»də görəvə gələcəyi ilə bağlı xəbərlər hələ ötən ilin yayında yayılmışdı.

Onda söhbət prezident postundan gedirdi. Sonra nə oldu, nə olmadısa, Fikrət bəy klubun birinci şəxsi statusuna yiyələnmədi, yaxınlarda isə bu kürsü Taleh Nəsibova tapşırıldı.

Hüseynovun futbol sahəsindəki idarəçiliyi «Olimpik»dən (AZAL PFK) başlayıb. Vitse-prezident kimi. Vaqif Qasımovun istefaya getməsinin ardından, klub ona tapşırılıb. «Təyyarəçilər» fəaliyyətini dayandırınca, o, «Şüvəlan»da vitse-prezident olaraq işinə davam edib.

Digər Xəbərlər
Xəbər Lenti