Rəşad Sadıqov gəlib, "Zirə"nin "Səbail"dən qorxusu yoxdur

10 Sentyabr 2020 16:42 Zirə 985
Rəşad Sadıqov gəlib, "Zirə"nin "Səbail"dən qorxusu yoxdur

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçiriləcək.

“Zirə” mövsümün 2-ci qarşılaşmasında “Səbail”lə görüşəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk turda səfərdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “qartallar” yenə rəqib meydanında qüvvəsini sınayacaq.

“ASCO Arena”da keçiriləcək oyun komandaların ölkə çempionatında 12-ci dueli olacaq. “Zirə” Premyer Liqada 11 dəfə “Səbail”lə üz-üzə gəlib. Paytaxt klubları ilk dəfə 2017/18 mövsümündə görüşüb.

Hesabında 6 qələbə olan “qartallar” 2 görüşdən bir xalla ayrılıb. 3 matçda isə “Səbail” qalib gəlib. Son 2 qarşılaşmada inamlı qələbələr qazanan komanda top fərqində də üstünlüyə malikdir – 15:7. “Qartallar”ın heyətində 13 futbolçu qol sevinci yaşayıb.

“Zirə”nin üstünlüyü səfər oyunlarında da müşahidə olunur. Keçirilən 6 matçda 4 dəfə üç xala sevinən “qartallar” səfərdən iki dəfə məğlub ayrılıb. Aktivində 7 qol olan "Zirə" 2 top buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti