Rəşad Sadıqovun israrını gördü, "Zirə"yə 1000 dollar güzəştə getdi

8 Sentyabr 2020 09:28 Zirə 1 511
Rəşad Sadıqovun israrını gördü, "Zirə"yə 1000 dollar güzəştə getdi

"Zirə" bugünlərdə heyətini yeni legionerlə gücləndirib.

"Qartallar" Dimitrios Çantakiasla anlaşıb.

25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Onun son klubu Bolqarıstanda "Çerno More" olub. Çantakias daha əvvəl ölkəsində "Panetolikos", “Fokiko” və “Kerkira”nın da şərəfini qoruyub.

Elladalı qəsəbə klubu ilə aylıq 9000 dollara razılığa gəlib. O, 1 aydır Rəşad Sadıqovun maraq dairəsində olsa da, tərəflər yalnız son anda ortaq məxrəcə gələ bilib.

Baş məşqçinin onun üzərində israrla dayanmasını görən Dimitrios maaşından 1000 dollar güzəştə gedib. “Zirə“ keçidin reallaşması üçün yunanıstanlının menecerinə 10 min dollar ödəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”