Rəşad Sadıqovun etibarını qazanmaq üçün - FOTOLAR

6 Sentyabr 2020 12:40 Zirə 1 290
Rəşad Sadıqovun etibarını qazanmaq üçün - FOTOLAR

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Zirə” ilə görüşüb. Baş məşqçi Elmar Baxşıyev bu görüşün start heyətində aşağıdakı “11-liy”ə şans verib:

Tərlan Əhmədli, Yusif Nəbiyev, Qismət Alıyev, Murad Musayev, Rasim Ramaldanov, Merab Qiqauri, Cavid Hüseynov, Ülvi İsgəndərov, Roman Hüseynov, Stefan Vukçeviç, Rodriqo Qattas.

Qarşılıqlı hücumlarla başlayan matçın ilk yarısında iki qol vurulub. Meydan sahibləri 28-ci dəqiqədə fərqlənib. “Qəbələ” fasiləyə 7 dəqiqə qalmış rəqib qapısına yol tapıb. Roman Hüseynov dəqiq zərbə ilə hesabda tarazlıq yaradıb.

Oyunun fasiləsində və ikinci hissədə hər iki komandanın heyətində əvəzetmələr reallaşıb. “Qəbələ”də meydana Anar Nəzirov, Nikolas Raysel, Asif Məmmədov, Samir Qurbanov, Yaovi Akakpo, Yurgen Qoxa, Kamran Quliyev və Sadiq Quliyev daxil olub.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hər iki komandanın hücumlar təşkil etdiyi 45 dəqiqədə bakılılar daha iki qol vurub. Beləliklə, 4 qolun vurulduğu yoxlama matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

“Zirə” – “Qəbələ” 3:1

Qollar: Şəhriyar Rəhimov, 28, Ağabala Ramazanov, 75, Rangel da Silva, 75 // Romah Hüseynov, 38.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı