"Zirə" bura "köçürüldü"

6 Sentyabr 2020 09:40 Zirə 1 494
"Zirə" bura "köçürüldü"

«Zirə»nin 5 ildir şəhərin mərkəzində yerləşən ofisi fəaliyyətini dayandırıb.

Sportinfo.az-ın məlumatına görə, bu, klubun yeni prezidenti Taleh Nəsibovun qərarıdır.

Qəsəbə klubunun işçi personalı «Çinar Plaza»ya köçürülüb. Nəsibovun gündəlik iş yeri burada yerləşir.

Bilindiyi kimi, o, eyni zamanda «Azfar Group»un direktorudur. Yeni patron klubun idarəetmə aparatının işini bir qədər də operativləşdirmək və ona nəzarət etmək üçün bu addımı atııb.

Belə demək mümkünsə, nəsibov özündən əvvəlki prezidentlərin təşkilati məsələlərdə yol verdiyi səhvləri təkrarlamaq istəməyib və son qərarıyla əsl səlahiyyət sahibi olmasını göstərib.

Əlbəttə, o, Orxan Məmmədovun ən güvənilən kadrlarından biridir. Fəxri prezident sınaqlardan çıxmıış bu şəxsi klubun başıına gətirməklə, əslində, öz işini də yüngülləşdirib.

Onsuz da, vaxtı az idi, dəqiqəbaşı hər şeylə maraqlanmağa, məşğul olmağa zamanı çatmırdı. Taleh Nəsibov indi əsas komandayla onun arasında da bir «körpü»dür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı