"Zirə" yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzaladı

5 Sentyabr 2020 14:50 Zirə 1 374
"Zirə" yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzaladı

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Sportinfo.az klubun saytına istinadla xəbər verir ki, "qartallar" Dimitrios Çantakiasla anlaşıb.

25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Futbolçunun son klubu Bolqarıstan təmsilçisi "Çerno More" olub. Çantakias daha əvvəl ölkəsinin "Panetolikos", “Fokiko” və “Kerkira” klublarının da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM