“Zirə“ tanınmış legioneri yenidən Azərbaycana qaytarmaq istəyir

2 Sentyabr 2020 10:52 Zirə 1 551
“Zirə“ tanınmış legioneri yenidən Azərbaycana qaytarmaq istəyir

“Universitatya”dən ayrılan və sərbəst agent statusu alan Sezar Meza Kolli Azərbaycandan yeni təklif alıb.

Sportifno.az-ın məlumatına görə, “Zirə“ paraqvaylı legionerə dəvət göndərib.

Rumıniya klubu ilə gələn yay bitəcək sözləşməsini qarşılıqlı razılaşma əsasında pozan yarımmüdafiəçi hələlik “qartallar“ın çağırışına konkret cavab verməyib.

Onun 2016-cıı ildə də “Zirə“nin şərəfini qorumasınıı xatıırladaq.

Ötən mövsümü icarə əsasında “Keşlə“də keçirən cənubi amerikalının ona yaxşı tanış olan komandaya dönmək istəmədiyi bəllidir. Premyer Liqanın bürünc mükafatçısı onunla yenidən anlaşmağa dəfələrlə səy göstərsə də, bu, elə istək olaraq qaldı.

İndi isə yaranmış vəziyyətdən “Neftçi“ də yararlanmağa səy göstərir. “Ağ-qaralar“ın rəsmiləri hər nə qədər Sezarın xidmətinə maraq duymadıqlarıınıı iddia etsə də, əslində, gerçəklik fərqlidir. Sadəcə, “Keşlə“ rəhbərliyi ilə münasibətləri pozmamaq üçün paraqvaylı legioner təmas qurmaq cəhdlərini gizlədirlər.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"