"Zirə"nin yerli futbolçuları pulundan keçdi, legionerlər isə…

1 Sentyabr 2020 09:28 Zirə 1 024
"Zirə"nin yerli futbolçuları pulundan keçdi, legionerlər isə…

«Zirə»nin bir qrup futbolçusu ötən mövsümdən qalan maaş borcunu kluba bağışlayıb.

Sportinfo.az-ın məlumatına görə, Ağabala Ramazanov, Elvin Camalov və bir neçə yerli futbolçu may ayının maaşına almaqdan imtina edib.

Bu, birbaşa fəxri prezident Orxan Məmmədova olan müsbət münasibətdən qaynaqlanan jestdir. Koronavirus pandemiyasının klubun sponsorlarına vurduğu zərəri nəzərə alan oyunçular son addımları ilə onlara dəstək olub.

Təəssüf ki, Davit Volkov və bəzi legionerlər bu kampaniyaya qoşulmayıb.

Digər Xəbərlər
Xəbər Lenti