AFFA 500 min manatı, "Zirə" də 5 aydır maaşı verə bilmir

30 Avqust 2020 20:00 Zirə 1 968
AFFA 500 min manatı, "Zirə" də 5 aydır maaşı verə bilmir

«Zirə»nin futbol akademiyası tezliklə fəaliyyətini tamamilə dayandıra bilər.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubu belə bir təhlükə ilə üzləşib.

Belə ki, «qartallar» büdcə çatışmazlığı səbəbindən artıq 5 aya yaxındır burada çalışan məşqçi və işçilərin məvacibini verə bilmir. Yaxınlarda əvəzedici komandasını ləğv edən və I Divizionda iştirakınıı davam etdirməsini məqbul saymayan «Zirə» rəhbərliyi ümidini AFFA-ya bağlayıb.

Federasiya ayırdığı 500 min manat yardımı hələ klubun hesabına daxil olmayıb. Sentyabrın 1-dən digər Premyer Liqa təmsilçilərinin aşağı yaş qrupları məşqləri bərpa edəcək, «Zirə»də isə qeyri-müəyyənliyin nə qədər sürməsi AFFA-nın həmin məbləği nə vaxt köçürməsindən asılıdır.

Digər Xəbərlər
Xəbər Lenti