“Zirə”dən gələn təklif mənim və ailəm üçün çox vacib idi“

28 Avqust 2020 21:20 Zirə 1 254
“Zirə”dən gələn təklif mənim və ailəm üçün çox vacib idi“

Xəbər verdiyimiz kimi, “Zirə” Mateus Albinonu transfer etmək üzrədir.

Braziliyanın C seriyasında mübarizə aparan “Londrina”nın qolkiperinin tezliklə Bakıya yollanaraq “Zirə” ilə müqavilə imzalayacağı bildirilib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı qapıçı artıq gedişi ilə bağlı klubu ilə razılığa gəlib: “Londrina” həyatımda böyük fürsət idi. Oyunumu göstərməyə imkan verən klubdur.

Ancaq xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropada oynamaq arzusunda olmuşam və o an gəldi.

"Londrina" azarkeşlərinə və kluba mənə dəstək olduqları üçün təşəkkür edirəm. Burada yaşadığım hər şeydən çox məmnun idim. Heyətdəki futbolçular və məşqçilər korpusu ilə dost oldum, klubu televiziya və sosial şəbəkələrdə izləməyə davam edəcəm".

2018-ci ildən “Londrina”da çıxış edən Mateus Albino ümumilikdı 40 oyuna çıxıb və 11 görüşdə qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti