Rəşad Sadıqovun karyerasında yeni dönəm - FOTOLAR

25 Avqust 2020 10:38 Zirə 764
Rəşad Sadıqovun karyerasında yeni dönəm - FOTOLAR

Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Zirə"ni qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol birinci hissədə vurulub. 3-cü dəqiqədə meydan sahiblərindən Asif Məmmədov hesabı açıb.

28-ci dəqiqədə isə Ağabala Ramazanov bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə qonaq komandadan Hacıağa Hacılı kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.

Bununla da Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi qismində ilk rəsmi matçından 1 xalla ayrılıb. Bu, ilk turun heç-heçə ilə yekunlaşan yeganə oyunu olub.

Digər Xəbərlər
Xəbər Lenti