Rəşad Sadııqov millinin qapıçısını istədi - "Qarabağ"dan

24 Avqust 2020 10:52 Zirə 2 715
Rəşad Sadııqov millinin qapıçısını istədi - "Qarabağ"dan

«Zirə» dünən Premyer Liqada mövsümün açılışını etdi.

Rəşad Sadıqovun çalışdırdığı komanda Qəbələdə eyniadlı komandanın qonağı oldu və səfərdən 1:1 hesablı 1 xalla döndü.

Bu görüşdə «qartallar»ın qapısını Rəşad Əzizli qorudu və bir o qədər inamlı təsir bağışlamadı. Aydın məsələdir ki, Sadıqov adaşını «Keşlə»dən əsas qapıçı olaraq transfer etməyib.

Məsələ bir az başqa cürdür. Baş məşqçinin hədəfindəki legioner qapıçıların hələlik heç birini gətirmək mümkün olmayıb. Həmçinin «Neftçi» Səlahət Ağayevin «Zirə»yə keçidinə son anda icazə verməyib.

Qəsəbə təmsilçisi növbəti ünvan kimi yenə «Qarabağ»a üz tutub, Şahruddin Məhəmmədəliyevlə bağlı istəyini ortaya qoyub. Qurban Qurbanov dağıstanlı kiperin «Zirə»yə icarəyə verilməsinə «yox» demirp.

Sadəcə, bunun üçün bir qədər gözləmək lazımdır. Ağdam təmsilçisi danışıqlar apardığı əcnəbi qapıçıyla anlaşa bilsə, Şahruddin «Zirə»nin yolunu tutacaq.

Çünki burada millinin üzvündən daha potensiallı və tanınmış Emil Balayev də var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!