“Məlumat gəldi ki, Rəşad Sadıqov məni istəyir”

22 Avqust 2020 12:02 Zirə 2 092
“Məlumat gəldi ki, Rəşad Sadıqov məni istəyir”

Sportinfo.az xəbər verir ki, “Zirə”nin yeni hücumçusu Kayo Ranqel bir çox klubdan təklif aldığını, lakin Azərbaycan çempionatını seçdiyini bildirib.

"Məlumat gəldi ki, bu komandanın baş məşqçisi (Rəşad Sadıqovu nəzərdə tutur) məni istəyir.

Mən də menecerimə həmin klubla danışıqlara başlamağa razılıq verdim. Paulista çempionatından sonra mənə çoxlu təklif gəldi, ancaq qəbul etmədim. Bunu isə bəyəndik”, - bu barədə hücumçu Braziliyanın Globoesporte.globo.com saytına deyib.

1+1 illik müqavilə bağlamış 24 yaşlı sağ cinah hücumçusu Braziliyanın D Seriyası klubu olan “Feroviarya” klubundan “Zirə”yə keçidindən danışıb:

“Hər şey çox tez baş verdi. Təxminən 2-3 günə razılaşdıq və Bakıya gəldim. “Zirə”yə keçdiyimə şadam və hesab edirəm ki, əla mövsüm keçirmək üçün bizdə hər şey var. Oyunlara çıxmaq üçün motivasiyam çox yüksəkdir”.

Kayo Ranqel Braziliyanın məşhur “Flamenqo” klubunun yetirməsidir. O, peşəkar karyerasına İtaliyanın “Kalyari” klubunda başlayıb.

Həmçinin Portuqaliyada “Arouka” və “Eşturil” klublarının şərəfini qoruyub. Braziliyanın 14 və 17 yaşadək millilərində çıxış etmiş futbolçu son yığma ilə 2013-cü ildəki dünya çempionatında oynayıb və iki qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti