"Zirə"yə gələn "sambaçı": "Burada xoşbəxtəm, hər şeyimiz var"

19 Avqust 2020 20:40 Zirə 1 336
"Zirə"yə gələn "sambaçı": "Burada xoşbəxtəm, hər şeyimiz var"

“Zirə”nin yeni transferi Kayo Rangel Braziliya mətbuatına açıqlama verib.

Sportlinfo.az xəbər verir ki, “Globoesporte” nəşrinə danışan 24 yaşlı hücumçu 1+1 illik müqavilə imzaladığı Bakı klubuna keçidi haqda bunları deyib:

“Zirə”nin baş məşqçisinin məni istədiyi ilə bağlı məlumat aldım və menecerimə klubla danışıqlar aparmasına razılıq verdim. Hər şey sürətli baş verdi və danışıqlar, sadəcə, 2-3 gün çəkdi.

Mən burda xoşbəxtəm və inanıram ki, yaxşı mövsüm keçirməyimiz üçün hər şeyimiz var. Klubdan böyük dəstək gördüm və bu, mənə yaxşı təsir edir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti