"Zirə" Braziliya yığmasının hücumçusunu gətirdi - FOTO

16 Avqust 2020 11:40 Zirə 1 269
"Zirə" Braziliya yığmasının hücumçusunu gətirdi - FOTO

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun saytında məlumat yayılıb.

Komanda Kayo Rangellə anlaşıb. 24 yaşlı braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Futbolçu daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril", klublarının da şərəfini qoruyub. Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib.

"Zirə" bunadək Klesio Bauk, Rəşad Eyyubov, Kərim Diniyev, Sərtan Taşqın, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Ayxan Süleymanlı, Lazar Corceviç, Hacıağa Hacılı və Cəlal Hüseynovu heyətinə qatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti