"Zirə"də yeni legioner – Bu dəfə Braziliyadan

16 Avqust 2020 09:40 Zirə 1 247
"Zirə"də yeni legioner – Bu dəfə Braziliyadan

Yeni mövsümə avrokuboklara vəsiqə iddiası ilə hazırlaşan «Zirə» növbəti transferini reallaşdırııb.

Sportinfo.az-ın məlumatına görə, Rəşad Sadıqovun çalışdırdığı qəsəbə klubu bu dəfə Braziliyaya üz tutub.

«Qartallar»ın adçıkilən ölkədən dəvət etdiyi futbolçu artıq Bakıdadır. Həmin yarıımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanması nəzərdə tutulub.

Tibbi baxışda bir problem üzə çıxmasa, bu, «Zirə»nin sayca 3-cü yeni legioneri olacaq. «Qəbələ»dən mozambikli yarımmüdafiəçi Klesio Bauk və «Radniçki»dən (Serbiya) müdafiəçi Lazar Corceviç ilə münasibətlər rəsmiləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"