"İstefa tələbini normal qəbul edirəm"

15 Fevral 2020 17:20 Zirə 1 417
"İstefa tələbini normal qəbul edirəm"

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 17-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:6 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

- Geniş danışılası bir şey yoxdu. Pis odu ki, böyük hesabla, evdə məğlub olduq. Mübarizəsiz təslim olduq. Bu, böyük problemdi. Təslim olmaq fikrimiz yoxdu, turnir cədvəlində 5-ci pillədə qərarlaşmışıq, kubokun yarımfinalındayıq. Hesaba görə nə tədbir lazımdı, komandanın daxilində görüləcək.

- Komanda son 2 oyunda 3 qırmızı vərəqə alıb. Belə intizamsızlığa səbəb nədi?

- Əsəblərə hakim olmamaq ən böyük problemdi. Yəqin qələbə istəyinin çox olmasından irəli gəlir. Hər iki oyundan əvvəl danışığımız olub. Turnir cədvəlində elə bir pillədəyik ki, irəli də gedə bilərik, geriləyə də. Bu da futbolçuları təzyiq altında saxlayır.

- Azarkeşlər istefa şüarları səsləndirdilər. Buna münasibətiniz necədi?

- Azarkeşin istefa tələb etməsi normaldı. Amma ümumi nəzərə alaq ki, mənim burda 14-cü oyunum olub, 4 dəfə məğlub olmuşuq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefa tələbini normal qəbul edirəm.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı