"Zirə" üçün yubiley

11 Noyabr 2019 19:00 Zirə 542
"Zirə" üçün yubiley

“Zirə” Azərbaycan Premyer Liqasında 40-cı heç-heçəsini edib.

Sportinfo.az xəbər verir ki, bu, Premyer Liqanın 11-ci turunun “Qarabağ”la səfər görüşündə (1:1) qeydə alınıb.

Yubiley qəsəbə klubunun 131-ci görüşünə təsadüf edib. "Zirə" keçirdiyi oyunların 30 faizində 1 xal qazanıb. Bu bərabərliklərdən 19-u evdə, 20-si səfərdə qeydə alınıb.

“Zirə”nin heç-heçələri mövsümlər üzrə: 2015/16 – 11, 2016/17 – 9, 2017/18 – 8, 2018/19 – 7, 2019/20 – 5. Komanda üç müxtəlif hesabla heç-heçə edib: 1:1 – 20, 0:0 – 13, 2:2 – 7 dəfə. “Zirə” 9 komanda ilə heç-heçə oynayıb: “Keşlə”, “Qəbələ” – 8, “Neftçi”, “Qarabağ” - 5, “Sumqayıt”, “Kəpəz” – 4, “Sabah”, “Səbail”, AZAL – 2.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!