Rəşad Sadıqov anons etdi: “Ola bilər ki…” - VİDEO

8 Fevral 03:20 Zirə 718
Rəşad Sadıqov anons etdi: “Ola bilər ki…” - VİDEO

Sportinfo.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyun (0:1) haqda fikirlərini bölüşüb.

“Kuboka uyğun oyun keçdi. Çox qol epizodlarından danışa bilmərik. Hər iki komanda mübarizə apardı.

Küləkli hava da futbolçulara mane olurdu. Ona görə də baxımlı futbolun şahidi olmadıq. Kubok oyunları bu şəraitdə keçir.

Penaltidən qol buraxdıq. Başqa qol epizodu xatırlamıram. Biz də epizodlara girə bilmədik.

İlk oyundan sonra rəqib öndədir. Biz də udsaydıq, ikinci matçda eyni ssenari olacaqdı. “

Araz-Naxçıvan” çox az qol buraxır. Etibarlı müdafiə olunmağı bacarırlar. Ola bilər ki, işimiz əziyyətli olsun.

Çalışacağıq ki, evdəki matçda nəticə əldə edək, mərhələ adlayaq. Qalib gəlmək istəyirik.

Sıx qrafikdə oynayırıq. Cavab matçından sonra Tovuzda oynayacağıq. Çox güc sərf edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da