"Qarabağ"a belə, burada oynamaq rahat deyil"

31 Yanvar 22:20 Zirə 795
"Qarabağ"a belə, burada oynamaq rahat deyil"

"Zirə"nin kapitanı Qismət Alıyev Premyer Liqanın 20-ci turunda "Şamaxı"nı məğlub etdikləri (2:1) oyundan sonra Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq əldə olunan 3 xalı şərh edib:

"Stadionun örtüyü sünidir. Burada hər zaman oynamaq çətindir. "Qarabağ" üçün belə burada oynamaq rahat deyil. "Şamaxı"nın güclənməsini də qeyd etməliyəm. Heyətində yaxşı futbolçular yer alıb. Vacib qələbə qazandıq".

Alıyev iki fərqli hissə keçirmələrinə isə belə aydınlıq gətirib:

"Həqiqətən, ilk dəqiqələrdən rəqib çox istəkli, aqressiv başlamışdı. Oyunumuz istədiyimiz kimi getmirdi. Fasiləyə bərabərliklə yollana bildik.

Baş məşqçi səhvlərimizi başa saldı. Nəyi necə etməli olduğumuzu bizə çatdırdı. İkinci hissə düşünürəm ki, bizim üstünlüyümüz ilə keçdi. Sonda da önəmli 3 xalı qazandıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti