"Zirə"li müdafiəçi Beninə getdi, əhvalı yaman korlandı

12 Oktyabr 2024 02:30 Zirə 1 269
"Zirə"li müdafiəçi Beninə getdi, əhvalı yaman korlandı

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Ruanda səfərdə Benin seçməsinin qonağı olub.

Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ruanda millisinin üzvü olan "Zirə"nin müdafiəçisi Anje Mutsinzi də bu görüşün iştirakçısı olub. 26 yaşlı futbolçu matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

3 turdan sonra aktivində 2 xal olan Ruanda yığması 4 komandanın yer aldığı qrupda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda