Aminin ayaqları “sözünə baxmadı”, Hacıyev “Zirə”nin “haqqını yedi” - VİDEO

16 Mart 2023 19:20 Zirə 717
Aminin ayaqları “sözünə baxmadı”, Hacıyev “Zirə”nin “haqqını yedi”  - VİDEO

Ötən gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Zirə” doğma meydanda “Sabah”ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində baş hakim Fərid Hacıyevin verdiyi qərar etirazlara səbəb olub.

Belə ki, “Sabah”ın futbolçusu Amin Seydiyev rəqib oyunçu Andriya Lukoviçə qarşı kobud oynayıb.

Referi isə bu epizodda yalnız sarı vərəqə verib. Amma meydan sahibləri Aminin meydandan qovulmalı olduğunu bildirərək, hakimə etiraz ediblər.

Fərid Hacıyev kobud oyuna görə Amin Seydiyevə sarı vərəqə göstərir. Qarşılaşmanın 45+2-ci dəqiqəsində “Sabah”ın müdafiəçisi yenə kobud oynayır.

O, bu dəfə Hamidu Keytanın ayağına arxadan zərbə endirir. Lakin baş hakim bu dəfə də Amini meydandan qovmur. Bu epizod da etirazlara səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu