"Neftçi" ilə oyuna final matçı kimi çıxacağıq" - "Zirə"nin lideri

1 Fevral 2023 17:00 Zirə 533
"Neftçi" ilə oyuna final matçı kimi çıxacağıq" - "Zirə"nin lideri

Azərbaycan Premyer Liqasında 20-ci tur bu gün baş tutacaq iki oyunla başa çatacaq.

Qəbələdə yerli komanda “Sabah”ı qəbul edəcək.

Günün və turun sonuncu görüşü “Baksel Arena”da keçiriləcək.

Uğursuz mövsüm keçirən “Neftçi” qış fasiləsindən daha iddialı qayıdan “Zirə”ni qonaq edəcək.

Qonaqların qələbəsi üçüncü pillə uğurunda mübarizəyə böyük gərginlik gətirmiş olacaq.

Hazırda tərəflər arasında 7 xallıq fərq var.

“Qartallar”ın lideri Hamidu Keyta da bugünkü matç haqqında iddialı olduqlarını gizlətməyib.

Fransalı hücumçu 3 xal üçün səfər matçına yollandıqlarını dilə gətirib:

“Çox yaxşı rəqibə qarşı oynayacağıq.

Güclü oyun olacağını düşünürəm. Oyunu final matçı kimi hazırlaşacağıq.

Qələbə üçün maksimum çalışacağıq və 3 xal alacağıq”.

"Neftçi" - "Zirə" görüşünün start fiti 17:30-da veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu