Rəşad Sadıqov sosial şəbəkədə maraqlı paylaşımla gündəmə gəlib.
“Zirə”nin baş məşqçisi komandasının Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qarabağ”la baş tutmuş oyununu yada salıb.
Xatırlayırsınızsa, martın 19-da keçirilən matçda hakimlər meydan sahiblərinin əleyhinə bir neçə səhvə yol vermişdi.
Xüsusən 48-ci dəqiqədə Abbas Hüseynova qarşı cərimə meydançasından kənarda baş vermiş qayda pozuntusunun penalti kimi dəyərləndirilməsi zirəlilərin əhvalını korlamışdı.
Rəşad Sadıqov “instagram” hesabında həmin penalti epizodunun, eləcə də Kadi Borgesin Abdulla Zubirin ötürməsindən sonra vurduğu qolun görüntülərini paylaşaraq, həmin anlara müxtəlif emojilərlə reaksiya verib.
HƏBİB

