"Neftçi" xahiş etdi, "Zirə" razılıq verdi - DƏYİŞİKLİK

24 Mart 2022 00:40 Zirə 1 282
"Neftçi" xahiş etdi, "Zirə" razılıq verdi - DƏYİŞİKLİK

Azərbaycan Premyer Liqasında XXI turun "Neftçi" - "Zirə" oyununun yeri dəyişdirilib.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" "Bakcell Arena"da planlaşdırılan renovasiya işlərini əsas gətirib.

"Neftçi" "Zirə"yə qarşı keçirəcəyi III və IV dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.

Stadionda aparılacaq işləri, "Neftçi"nin müraciətini və "Zirə"nin razılıq məktubunu rəhbər tutan PFL müraciəti müsbət cavablandırıb.

2 aprel (şənbə)

16:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena”

18:15. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”

3 aprel (bazar)

15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Zirə”
“Bakcell Arena".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti