«Lex»in «Zirə»nin hücumçusu Davit Volkovun xidmətində maraqlı olduğunu xəbər vermişdik.
Polşa klubu Azərbaycan Premyer Liqasının bombardirinə konkret təklif irəli sürüb.
«Lex» rəhbərliyi cari mövsüm 10 qol vurmuş gürcüstanlı forvardın meneceri ilə görüşüb. Pozanan təmsilçisi «qartallar»la müqaviləsi bu yay başa çatacaq Volkova 3 illik korntrakt irəli sürüb.
Ona təklif edilən məbləğ də məlumdur. Davit Polşaya gəlməyə razılaşarsa, illik 400 min dollar alacaq. Müqayisə üçün deyək ki, bu, onun Azərbaycanda qazandığı puldan 2,5 dəfə çoxdur.
«Lex» Ekstraklasada uğurlu mövsüm keçirir. Adıçəkilən klub 26 turdan sonra liderlər qrupunda məskunlaşıb.
«Rakov»la bərabər 52 xal toplamış və 3-cü pillədə qərarlaşmış «Lex» lider «Poqon»dan cəmi 1 xal geri qalır.
SPORTİNFO.AZ

