“Qarabağ”ın Zirə narahatlığı – Bu adamdan ehtiyat edirlər

19 Mart 2022 19:00 Zirə 889
“Qarabağ”ın Zirə narahatlığı – Bu adamdan ehtiyat edirlər

20-ci turun mərkəzi qarşılaşması Zirədə baş tutacaq.

Ötən həftə mərkəzi oyunun iştirakçısı kimi Qəbələyə səfər edib, 1 xalla qayıdan “qartallar” bu dəfə çempionluğa bir nömrəli namizədi – “Qarabağ”ı qəbul edəcək.

İndiki məqamda ağdamlılar zirəliləri bütün komponentlərdə üstələyir ki, matçın favoriti birmənalı “Qarabağ”dır.

Lakin ortada bir fakt var. Və həmin vaxt “köhlən atlar”ın narahatlığına səbəb olmaya bilməz. “Zirə”nin “sükanı”nın Rəşad Sadıqovun əlində olması.
“Qarabağ”ın “şineli”ndən çıxan, bu komandanın oyun üslubuna bələb olub, rəqibini ovusunun içi kimi tanıyan həmin Sadıqov.

Artıq ikinci mövsümdür Premyer Liqada komanda çalışdıran 39 yaşlı mütəxəssis bu müddətdə 6 dəfə “qartallar”ı “köhlən atlar”ın önünə çıxarıb.

2020/21 mövsümündəki oyunlara nəzər salaq:
Zirə - Qarabağ 0:0
Qarabağ – Zirə 3:2
Zirə - Qarabağ 0:2
Qarabağ – Zirə 1:1

2021/21 mövsümünün ilk yarısındakı durum belədir:
Zirə - Qarabağ 1:1
Qarabağ – Zirə 2:0

Rəqəmlərdən də göründüyü kimi, baş məşqçilərin duellərində təcrübəli Qurban Qurbanovun 3 qələbəlik üstünlüyü var. Lakin Sadıqov məhdud büdcə və ortabab heyətlə güclü rəqiblə duellərdə 3 heç-heçəyə sevinməyi bacarıb.

Və ən maraqlısı, 3 heç-heçədən 2-sinin Zirədə qeydə alınmasıdır. Deməli, martın 19-da keçiriləcək turun mərkəzi qarşılaşmasında meydan sahiblərinin güclü rəqibi üzərində qələbə qazanması, ən pis halda 1 xal qoparması təəccüb doğurmayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti