"Zirə"nin forvardı David Volkov növbəti dəfə Gürcüstan millisinə dəvət alıb.
Yığmanın baş məşqçisi Villi Sanyol 23 futbolçuya çağırış göndərib.
Hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan 27 yaşlı hücumçu ikinci dəfədir ölkəsinin əsas komandasına lazım olur.
Gürcüstan 25-də Bosniya və Herseqovina, 4 gün sonra isə Albaniya ilə qarşılaşacaq.
Budəfəki dəvətin Volkov üçün gözlənilməz olduğunu deyə bilərik. Sıx o, son aylar heç də özünə bənzəmir. Son aylar dediyimiz isə bütöv yeni ili əhatə edir.
Belə ki, gürcüstanlı hücumçu 2022-ci il girəndən hələ bir dəfə olsun qol vurmağı bacarmayıb.
O, bu müddətdə ikisi ölkə kuboku, 5-i isə Azərbaycan Premyer Liqası olmaqla üst-üstə 7 matçda meydana çıxıb. Amma bu qarşılaşmaların birində belə adını tabloya yazdırmaq Davidə qismət olmayıb.
Belə "qara zolağa" rəğmən hələ də 10 qolla Premyer Liqamızın bombardiri olan hücumçu üçün milliyə belə əhval-ruhiyyədə getmək heç də xoş ola bilməz.
Amma onun milli öncəsi əhvalını düzəltməsi və sindroma son qoyması üçün daha bir şansı var.
Söhbət qarşıdakı turdan gedir. Ki, "Qarabağ"la qarşılaşmadan sonra artıq millilərlə bağlı yaranmış fasiləyə start veriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

