Azərbaycan Premyer Liqasının bombardiri yenidən yığmaya dəvət aldı

17 Mart 2022 09:20 Zirə 1 019
Azərbaycan Premyer Liqasının bombardiri yenidən yığmaya dəvət aldı

Gürcüstan millisinin Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Villi Sanyol 23 futbolçuya dəvət göndərib.

Onların arasında "Zirə"nin hücumçusu Davit Volkov da var. Hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan 27 yaşlı forvard ikinci dəfədir milliyə çağırılır.

Gürcüstan martın 25-də Bosniya və Herseqovina, 4 gün sonra isə Albaniya ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti